1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"NTV+Futbol"un azərbaycanlı şərhçisi erməni həmkarını təriflədi
Rusiyanın "NTV+Futbol" telekanalının azərbaycanlı şərhçisi Elvin Kərimov erməni həmkarı Nobel Arustamyanla münasibətlərindən danışıb. Sportnet.az-ın məlumatına görə, bu yaxınlarda N.Arustamyan AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan - İtaliya matçını şərh edib.
İki il öncə isə o, E.Kərimovla birgə İtaliya "Yuventus"u ilə Türkiyə "Qalatasaray"ı arasındakı görüşdə iş başında olub. Azərbaycanlı şərhçi deyib ki, bu oyundakı birgə fəaliyyətlərinin insanlarda neqativ hisslər yarada biləcəyini öncədən güman edib. Lakin o, buna əhəmiyyət verməyib: "Sadə danışıram, amma bu və ya digər insanın milliyyyəti məni ən sonda düşündürür. Buna görə "Facebook" dostlarım sırasından kiminsə çıxıb-çıxmadığını bilmirəm (gülür). İzləməmişəm".
Telekanalın baş prodüseri Georgi Çerdantsev bu qarşılaşmanı iki şərhçinin təyinatla yox, onların özlərinin istəkləri ilə şərh etdiklərini açıqlayıb. Lakin E.Kərimov bildirib ki, oyunu təyinatla şərh ediblər, lakin bu, N.Arustamyanla münasibətləri ilə əlaqədar baş verib: "Bu matçı o, təklikdə şərh etməli, mən isə Belçika "Anderlext"i ilə Yunanıstan "Olimpiakos"u arasındakı qarşılaşmanın videoyazısını şərh etməli idim. Amma "Qalatasaray"a və Türkiyə futboluna simpatiyamı bilən Arustamyan matça 2-3 gün qalmış özü birgə işləməyi təklif etdi. Mən də məmnuniyyətlə razılaşdım".
Azərbaycanlı şərhçinin sözlərinə görə, erməni həmkarı ilə birgə işləmək çox rahatdır: "Hər şey sadədir. Biz Nobellə çox yaxşı ünsiyyətdəyik. O, qeyri-adi dərəcədə xeyirxah və həssas insandır. Arustamyanla nəinki birgə şərh, hətta istənilən mövzuda şərh də xoşdur".