Azərbaycan Premyer Liqasının XI turunun təqvimində dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər günü olduğu üçün oyunların vaxtı dəyişdirilib.
XI turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 1-2 noyabrda deyil, 31 oktyabrda reallaşacaq.