1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kartımda pul olsa, hamınıza qonaqlıq verə bilərəm" - MÜSAHİBƏ
Bakı "İnter"inin futbolçusu Nizami Hacıyev "Neftçi" ilə Azərbaycan Premyer Liqasının X tur maçtından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az 27 yaşlı yarımmüdafiəçinin müsahibəsini "Report"a istinadən təqdim edir...
- Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...
- Çətin oyun olacağını gözləyirdik. "Neftçi" neçə vaxtdır ard-arda xal itirir. Rəqibin oyununu analiz etmişdik. Mən deyərdim ki, bu gün oynanılan 1:1-lik hesab ədalətli nəticədir. Rəqibə uğurlar arzu edirəm. Yaxşı komandadır. Onlar birinci hissəni yaxşı oynadılar, ikinci hissədə biz üstünlüyü ələ aldıq. İstədiyimiz nəticəyə çatdıq. Əlbəttə, 100 faizlik olmasa da, məğlubiyyətdən qaça bildik.
- İkinci hissədə meydana daxil olmağınla bağlı nə deyə bilərsən?
- Mən iki həftə Gürcüstanda dizimdən müalicə almışam. Baş məşqçi düzgün seçim etmişdi. Bu planlaşdırılmışdı. Gələcəkdə baş məşqçinin mənə əsas heyətdə şans verəcəyinə inanıram. Vurduğum qola gəldikdə isə, sevinirəm. Məğlubiyyətdən xilaskar kimi çıxsam da, bu hamımızın nəticəsidir. Qolu ailəmə həsr edirəm.
- Klubda maliyyə vəziyyəti nə yerdədir?
- Axırıncı dəfə nə vaxt maaş aldığım yadıma gəlmir. Qəliz məsələdir.
- Rəhbərliyiniz maaşların aybaay verildiyini bildirir...
- Onların pulu kimə verdiklərini bilmirik, mənim maaş kartım hazırda üzərimdədi, əgər maraqlıdırsa, birlikdə gedib yoxlaya bilərik. Əgər maaş köçürülübsə, hamınıza qonaqlıq da verə bilərəm. Bu gün "İnter" yeganə klubdur ki, pulsuz-parasız futbol oynayır. Futbolu isə ilk növbədə özümüz üçün və Azərbaycan xalqı üçün oynayırıq. Bu gün "İnter" olmasa, düşünürəm ki, çempionatın heç ləzzəti də olmaz. Biz bütün klublara ciddi rəqiblik edirik. Onlar "İnter"lə oynayanda, kiminlə oynadıqlarını dərk edirlər. "İnter" pulsuz futbol oynayır, bu problemdən çıxmağa çalışırıq, lakin əfsuslar olsun ki, biz pulu kimdən alacağımızı soruşacaq adam tapa bilmirik.
- Bu problem nə zaman həllini tapacaq?
- Ümumiyyətlə heç bir adam yoxdur. Bu komandanın rəhbəri varsa, gəlsin çıxsın ortalığa və desin ki, 5 ay pulsuz oynayın, 5 aydan sonra pullarınızı alacaqsınız. Biz də bilərik ya oynayaq, ya oynamayaq. Rəhbər olsaydı biz soruşardıq ki, bizim axırımız hara gedir. Burada pul yoxdursa, gedək başqa bir klubda, heç olmasa min manata oynayaq. Hər bir futbolçunun ailəsi var. Bunların hamısını saxlamaq lazımdır. Zənnimcə, bu gün Azərbaycan futbolunda milyonçu ailədən çıxan futbolçu yoxdur. Bu çox acınacaqlı vəziyyətdir.
- Nə vaxta qədər səbr etmək fikriniz var?
- Səbr etmək deyəndə ki, hazırda başqa əlacımız yoxdur. Formada qalmaq üçün çıxıb oynayırıq. İş yerini dəyişməyə gəlincə, real təklif olsa, günü bu gün dəyişərəm. Baş məşqçi də bunu yaxşı başa düşür. Bilirik ki, komandanın hansısa üzvünə yaxşı təklif olsa, o, düşərgəni tərk edəcək.