Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, sabiq FİFA referisi Fariz Yusifovun cəzası 4 tur davam edib.
VI turun "Qarabağ" - "Neftçi" matçında qonaqların qapısına təyin etdiyi mübahisəli penalti səbəbindən məcburi istirahətə göndərilmiş Yusifova bu dəfə "İnter" - "Zirə" matçı həvalə olunub. Hazırkı FİFA referilərinə gəldikdə, Əliyar Ağayev "Qəbələ" - "Kəpəz", Orxan Məmmədov "Rəvan" - "Xəzər Lənkəran" matçına təyinat alıb. Daha bir beynəlxalq dərəcəli baş hakim Rəhim Həsənov "Qarabağ" - AZAL oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək.
31 oktyabr (şənbə)
16:00. "İnter” (Bakı) – "Zirə” (Bakı)
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı, "İnter Arena”
18:00. "Qəbələ” – "Kəpəz” (Gəncə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
19:00. "Qarabağ” (Ağdam) – AZAL (Bakı)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
02 noyabr (bazar ertəsi)
19:00. "Sumqayıt” – "Neftçi” (Bakı)
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əli Hüseynov
Sumqayıt, "Kapital Bank Arena”
21:00. "Rəvan” (Bakı) – "Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı, "Bayıl Arena”.