
Türkiyənin Gəncə şəhərindəki konsulu Orxan İşık "Kəpəz" klubunu ziyarət edib. Sportnet.az-ın məlumatına görə, O.İşıq və konsulluğun əməkdaşları klubun icraçı direktoru Mehman Allahverdiyevlə görüşüb.
Klub rəsmisi qonaqlara komandanın tarixi, nailiyyətləri və Azərbaycan Premyer Liqasının cari mövsümdəki çıxışı barədə məlumat verib.






































































