
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasını qəbul edəcək. Sportnet.az-ın məlumatına görə, bununla da Dorinel Muntyanunun rəhbərlik etdiyi Azərbaycan təmsilçisi tarixində ilk dəfə avrokubok qarşılaşmasında qüvvəsini sınayacaq.
Elə Yuri Syominin istefasından sonra vakant qalan baş məşqçi postunu tutan rumıniyalı mütəxəssisin özü üçün də bu, debüt oyunu olacaq.
Sportnet.az "Qəbələ" - "Şiroki Briyeq" oyunundan canlı reportajı təqdim edəcək.
"Qəbələ" - "Şiroki Briyeq" - 2:0
Qollar: Vaqner, 74, 89
"Qəbələ": 1. Kamran Ağayev (kap.), 4. Elvin Camalov, 6. Vladimir Levin, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 36. Elnur Allahverdiyev, 44. Rafael dos Santos
Qəbələ şəhər stadionundan onlayn reportaja başlayırıq.
1`. Baş hakim Artyom Kuçinin start fiti və matç başladı
3`. Qonaqların heyətində Mirko Mariçin sağ cinahdan ötürməsindən Dino Çoriç yararlana bilmədi.
10`. Qoran Zakariçin yerinə yetirdiyi künc zərbəsində topa toxunan olmadı.
12`. Dodonun rəqib cərimə meydançasına asmasını müdafiəçilər uzaqlaşdırdı.
18`. Oyundan kənar vəziyyət Dodonun Ruslan Abışovun ötürməsindən yararlanmağa mane oldu.
20`. Nizami Hacıyevin zərbəsi qapının üstündən keçdi.
25`. "Qəbələ" azarkeşləri komandalarını qələbəyə səsləyir.
26`. Qonaqların heyətində dəyişiklik: Stipo Markoviçi Josip Barişiç əvəzləyir.
30`. Meydanın mərkəzində Nizami Hacıyevə qarşı kobudluq və "Qəbələ" cərimə zərbəsindən topu oyuna daxil etdi.
31`. Dodonun cərimə meydançasına asmasını Antonio Soldo uzaqlşadırdı.
34`. Ruslan Tağızadə kobud oyun nəticəsində yerdə qaldı və rəqib futbolçu topu meydandan kənarlaşdırdı.
40`. Nizami Hacıyevin qapı önünə ötürməsini qapıçı zərərsizləşdirdi.
46`. Baş hakim ilk hissənin bitdiyini bildirdi və komandalar fasiləyə yollandı.
48`. Nizami Hacıyevin qapı önünə ötürməsini Antoni Soldo dəf etdi.
49`. Dodonun zərbəsi qapının üstündən keçdi.
52`. Rəqib komandanın hücumu uğursuz alındı.
54`. Zakariçin zərbəsi Kamran Ağayevin qoruduğu qapının üstündən keçdi.
56`. "Qəbələ"nin heyətində dəyişiklik: Elvin Camalovu Andrey Kristea əvəzləyir.
59`. İkinci hissəyə qonaq komanda daha aktiv başlayıb.
60`. Barişiçin qapı önünə asmasını Vaqner baş zərbəsi ilə yönlədirsə də, Kamran Ağayev zərbənin qarşısını aldı.
63`. Rəqibin cərimə meydançası önündə təhlükəli cərimə zərbəsi və...
64`. ...Ruslan Abışovun zərbəsini qapıçı asanlıqla dəf etdi.
68`. Rəqibə qarşı kobud oyun və Adrian Ropotan sarı vərəqə ilə cəzalandırıldı.
70`. Ruslan Tağızadə zədələndi və həkim müdaxiləsindən sonra yenidən meydana daxil oldu.
74`. Qonaqların kapitanı Vaqner hesabı açdı.
81`. "Siroki Briyeq" oyunda üstünlüyü ələ alıb.
86`. "Qəbələ"nin hesabı bərabərləşdirmək cəhdləri uğursuz alınır.
89`. Vaqner özünün və komandasının ikinci qoluna imza atdı.
90`. Baş hakimin final fiti və matç başa çatdı.
