"Çin Qran Prisi ən güclü turnirlərdən biridir və biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Məqsədimiz qalib olub olimpiyadaya lisenziya xallarını artırmaq idi. Bu tapşırığın öhdəsindən gəldim və 300 xalı götürərək reytinq cədvəlində yerimi möhkəmləndirdim”. Sportnet.az-ın məlumatına görə, bunu Çinin Tsindao şəhərində keçirilən Qran Pridə qızıl medal qazanmış Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
66 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı ilk və yarımfinal görüşlərinin daha çətin keçdiyini bildirib: Buna baxmayaraq, qalib gələ bildim. Monqolustanlı Tumurxuleq Davaadorjla final görüşünə də inamla çıxmışdım, amma düşünmürdüm ki, ilk dəqiqədəcə "ippon”la qələbə qazana bilərəm. Çünki rəqibim çox güclü idmançı idi".
Şıxəlizadə yeni baş məşqçi Peter Zayzenbaxerin rəhbərliyi altında məşqlərin çox yüksək səviyyədə keçdiyini də vurğulayıb. O, son zamanlar iştirak etdikləri bütün yarışlarda yüklənmə ilə və dincəlmədən çıxış etdiklərini söyləyib: "Bu, bizim məşqçinin proqramıdır. Ona güvənirik. Qarşıda daha yaxşı nəticələrin olacağına inanırıq. Gələn həftə Cənubi Koreyada keçiriləcək Qran Prinin də bizim üçün uğurlu olacağına inanıram. Ümid edirəm ki, orda da komandamız layiqincə çıxış edib medallar qazanacaq".
Qeyd edək ki, Azərbaycanın 11 cüdoçusunun mübarizə apardığı Çin Qran Prisinə noyabrın 22-də yekun vurulacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |