
Düzü, çox çətin oyun oldu. Rəqib əks-hücumlarda çox təhlükəli və sürətli idi". Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində "Sumqayıt”la 2:2 hesablı səfər heç-heçəsi edən "Qəbələ"nin futbolçusu Məhəmməd Mirzəbəyov deyib. 
25 yaşlı bildirib ki, heç-heçənin qeydə alınması gözlənilən idi: "Komandamızın qol imkanları baxımdan daha çox şansı oldu. Təəssüf ki, qol sayı buna uyğun olmadı.  Baş məşqçinin müdafiədə çoxlu səhvlərin olduğunu deməsinə bir söz deyə bilmərəm. O konkret səbəblərini daha yaxşı bilir. Süni örtük futbolçunun nəticə göstərməsi üçün maneə olmamalıdır. Hazırki mövqeyimizi dəyişmək üçün indidən proqnoz vermək düzgün olmaz. Mövsümün sonunda bunu müzakirə etmək olar”.









                 




    
    
    
    
    
    
    
    
    






















































