Vətəni Braziliyada əməliyyat olunan "Kəpəz"in futbolçusu Dario Frederiko dünən klinikanı tərk edərək, evə yazılıb. Sportnet.az-ın məlumatına görə, eyni vaxtda iki əməliyyat keçirən yarımmüdafiəçi çəliklərin köməyi ilə hərəkət edə bilir.
Bundan sonra Darionun müalicəsi ev şəraitində davam etdiriləcək. Bununla belə, Frederikonun fizioterapiya kursları cərrahiyyə əməliyyatı olunduğu klinikada keçəcək.
Qeyd edək ki, braziliyalı Topaz Premyer Liqasının XII turunda noyabrın 7-də AZAL-la oyunda zədələnmişdi. Meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan orta xətt oyunçusu ayın 19-da tanınmış cərrah Vitor Barion Padua tərəfindən əməliyyat olunub.