"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, V tur matçında rəqib İngiltərə "Tottenhem"i olub.
Azərbaycan təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi son qrup oyununda minimal hesabla uduzub. Yeganə qolu 79-cu dəqiqədə Harri Keyn vurub. Məğlubiyyətə baxmayaraq, "Qarabağ" növbəti mərhələ şanslarını son tura saxlayıb. Bunun üçün Belçikada "Anderlext"lə qarşılaşmada təmsilçimiz qalib gəlməli və paralel matçda "Tottenhem" evdə Fransa "Monako"sunu yenməlidir.
Avropa Liqası, V tur
J qrupu
22:00. "Qarabağ" (Azərbaycan) - "Tottenhem" (İngiltərə) - 0:1
Qol: Harri Keyn, 79
Qol: Harri Keyn, 79
Baş hakim: Tasos Sidiropulos
Yan xətt hakimləri: Damians Eftimiadis, Polixronis Kostaras
Əlavə köməkçi hakimlər: Mixael Kukulakis, Stavros Tritsonis
Dördüncü hakim: Lazaros Dimitriadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
UEFA nümayəndəsi: Kristian Mutşler (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu