
"Krasnodar"la oyunda yalnız qələbəni hədəfləmişik. Qrupda hansı yerdə qərarlaşdığımız barədə düşünmürük". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov deyib.
Avropa Liqasında keçirəcəkləri son oyunda Rusiya "Krasnodar"ı ilə qarşılaşacaq "Qəbələ"nin yarımmüdafiəçisi görüş haqda bunları bildirib: "Bu turniri yaxşı nəticə ilə bitirmək istəyirik. Hansı ki, bu nəticə komandamızın və Azərbaycanın əhvalını yaxşılaşdıracaq. Bu səbəbdən qələbə qazanmaq üçün ciddi mübarizə aparacağıq".
Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da start götürəcək.







































































