1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "4 hücumdan 3-ü qol oldu"
"Çətin oyun alındı. Matça Pis başladıq. İlk hissədə erkən top buraxdıq. 4 hücumdan 3-ü qapımıza qolla nəticələndi. İkinci hissədə bir az artırdıq". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze "Sumqayıt"a evdə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
O, məğlubiyyətə aparıcı futbolçuların zədəli olmasını səbəb göstərib: "Ötən gün Dieqo Martins zədə aldı. Nika Kvekveskirinin də yoxluğu oyunumuza təsirsiz ötüşmədi".
Gürcüstanlı mütəxəssis qışda xeyli futbolçu ilə müqavilənin başa çatacağını bildirərək, onlarla anlaşmanın uzadılmasının klub rəhbərliyinin qərarından asılı olduğunu əlavə edib.