1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fatih Terim: "Heç kimdən qorxmayacağıq"
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim AVRO-2016-nın final mərhələsindəki rəqiblərini dəyərləndirib. Sportnet.az xəbər verir ki, 62 yaşlı mütəxəssis qrupun çətin göründüyünü bildirib.
Amma Terimin fikrincə, çətinlik yalnız kağız üzərindədir: "Meydanda hədəf və ürək birliyi ortaya qoymuş bir milli komandanın hər şeyi edə biləcəyini göstərdik. Qrup, digər mütəxəssislərin söylədiyinə görə, sərtdir. Burada olduğumuz üçün son dərəcə yüksək əhval-ruhiyyədə və qürurluyuq. Yenə də Çexiya ilə eyni qrupa düşmüşük. Bu komandanın baş məşqçisi Pavel Vrba mənə Praqada ikən dediyi "Fatih, sənə "Fransada görüşərik" söyləmişdim" sözlərini xatırlatdı. Oyunlarımızı heç kimdən qorxmadan, yüksək əhval-ruhiyyədə keçirəcəyik. Ədalət, sülh, sevgi üçün ən önəmli arqument futboldur. Bunu itirməyək. Qrupumuz çətin görünür, ama təbii ki, bu, kağız üzərində belədir. Türkiyə hər şeyi sınaqdan çıxaracaq. Bundan əmin ola bilərsiniz".
Qeyd edək ki, D qrupunda yer alan Türkiyə millisi gələn il iyunun 12-də Xorvatiya, iyunun 17-də İspaniya, iyunun 21-də isə Türkiyə ilə üz-üzə gələcək.