
Bakının "İnter" klubu qarşıdakı 3 mövsümdə UEFA miqyaslı turnirlərdən kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı qərar qəbul edib.
Klubdan 30 sentyabr 2015-ci ilədək olan təxirəsalınmaz kreditor borclarını ödədiyini 31 yanvar 2016-cı ilədək sübut etməsi istənilib. "İnter" bunu sübuta yetirə bilməsə, 2016-2017, 2017-2018 və 2018-2019 mövsümlərində avrokuboklarda iştirakdan kənarda qalacaq. "Bankirlər" habelə 50 min avro cərimələnib.







































































