
Bu gün İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunlarına həsr olunan "İlin Qalibləri" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.
"Report" agentliyi və Sportnet.az portalının informasiya dəstəyi ilə "Qafqaz Point" otelində təşkil olunan mərasimdə 8 nominasiya üzrə qaliblər mükafatlandırılıblar.
Açılış sözü ilə çıxış edən İdman Araşdırmalar Sədri Elşən Məmmədov tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib: "Təşkilatımız bir sıra layihələr həyata keçirib. Bütün əlamətdar tədbirlərlə bağlı layihələrimiz olub. Bu işdə bizə federasiya və qurumlar köməklik edib. İlk ildə sorğumuzda 34 KİV nümayəndəsi, indi isə 48 nümayəndə iştirak edir. Biz bu layihəyə 7 nominasiya ilə başlamışdıq. İndi isə say artıb".
E.Məmmədov həm futbolda, həm də "Bakı 2015" və digər yarışlarda qazanılan uğurlardan danışıb. Layihənin sponsoru "Kolizey" İnşaatın nümayəndəsi təmsil etdiyi şirkətin gördüyü işlərdən, idman sahəsinə verilən dəstəkdən danışıb.
Daha sonra tədbir iştirakçılarına İAM-ın cari ildə həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra ilin qalibləri mükafatlandırılıb.
"İlin idman xadimi": Sadıq Sadıqov ("Neftçi" "Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri ("Bakı 2015" I Avropa Oyunlarında "Neftçi" İdman Klubunun digər klublardan çox - 16 idmançısı medal qazandığı üçün)
"İlin futbolçusu": Rahid Əmirquliyev - "Xəzər Lənkəran"ın kapitanı, Azərbaycan milli komandasının üzvü (2015-ci ildə millidə ən çox oyun keçirdiyi üçün)
"İlin idmançısı" (digər növlər üzrə): Rəsul Çunayev (yunan-Roma güləşçisi, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu)
"İlin əcnəbi futbolçusu" (bütün növlər üzrə): Riçard Almeyda - "Qarabağ" futbol komandasının braziliyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi roluna görə)
"İlin komandası" (futbol və digər növlər üzrə): "Qəbələ" futbol komandası (Azərbaycan Premyer Liqasında bürünc medal və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün), Yunan-Roma güləşi üzrə komanda (Dünya Kubokunun qalibi olduğu üçün)
"İlin baş məşqçisi" (futbol və digər növlər üzrə): Roman Qriqorçuk ("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)
"İlin mətbuat katibi" (futbol və digər növlər üzrə): Anar Hacıyev ("Qəbələ"), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)
"İlin idman jurnalisti": İlkin Fikrətoğlu (ATV)
Media ilə sıx və səmərəli əməkdaşlığa görə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da İAM tərəfindən mükafatlandırılıb.
Həmçinin, idman jurnalistləri arasında münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə tanınmış jurnalist Mehman Süleymanov "Həmrəylik Kuboku" təqdim edilib, eləcə də ÇEMPİON yarışmasının qalibi Vüsal Süleymanov təltif olunub.
"Çempion" yarışmasının qalibi Vüsal Süleymanovun mükafatını Məzahir Süleymanov təqdim edib. ANS televiziyasının əməkdaşı bildirib: "Hər bir qalibi təbrik edirəm. Arzumdur ki, bu uğurlar artsın və belə qələbələri gələn il Qarabağda qeyd edək. İnanıram ki, digər klublarımız da avrokuboklarda çıxış edəcək".
Daha sonra Mehman Süleymanov mükafatlandırılıb: "Bu mükafat mənim üçün çox dəyərlidir. Və inanıram ki, jurnalistlər arasında münasibət daha da güclü olacaq".
Vaqif Sadıqovun mükafat təqdim etdiyi Riçard Almeyda bunları deyib: "Göstərilən diqqətə görə hər kəsə təşəkkür edirəm. Fikrimcə 2015-ci ildə ən yaxşı futbolçu Aleksey Qaydı".
Sadıq Sadıqovun mükafatın Fərid Mansurov Azərbaycan Cüdo Federasiyasının baş katibi Fərid Qayıbova təqdim edib: "Çalışdığım qurumun rəhbəri S.Sadıqov adından İAM-a təşəkkür edir və səsvermədə iştirak edən bütün mətbuat işçilərinə minnətdarlığımı bildirirəm".
Elnur Məmmədli isə Fariz Nəcəfova: "əldə etdiyimiz qələbələrlə xalqımızı sevindirə bildiksə, buna görə çox şadıq. Bu qələbni bizim lə yaşayan mediaya minətdaram.
Elnur Məmmədli isə Yunan-Roma komandasının mükafatını federasiyanın baş katib Əjdər Cəfərova təqdim edib və ikinci öz növbəsində bunları deyib: "İAM hər il olduğu kimi bu dəfə də layiqincə qiymət verir. Bu da bizə növbəti illərdə uğur qazanmaq üçün stimul verir. Azərbaycan yunan-Roma komandası ilk dəfə tarixi hüquq əldə edirik. Bu yolda jurnalistlərin də dəstəyi böyükdür və bu yolda sizə uğurlar arzu edirəm".
Ağasəlim Mircavadov mükafatı Roman Qriqorçuka təqdim edib. Ukraynalı çalışdırıcı bunları deyib: "Hәr kәsә, bütün azәrbaycanlı futbol adamlarına tәşәkkür edirәm. Azәrbaycanda ən yaxşı məşqçi adına layiq çox mütəxəssis var. Buna layiq görüldüyüm üçün sevincliyәm".
Cəmşi Xeyrəbadi isə ilin ən yaxşı məşqçisi seçildiyi üçün hər kəsə təşəkkür edib və idmançılara "Rio 2016"da uğurlar arzulayıb.
Mais Musayev və Anar Hacıyevin mükafatlarını "Bakı"nın icraçı direktoru Yaşar Seyidov təqdim edib. M. Musayev bildirib: "Bu sorğuda ən güclü rəqibimi dost federasiyadan Pərviz Musayev idi. Hər kəsə təşəkkür edirəm. Mətbuatı informasiya ilə təmin etmək bizim borcumuzdur. İşimizi belə də davam etdiririk".
Anar Hacıyev isə bunları deyib: "Hər kəsə təşəkükr edirəm. Bu il həm Azərbaycan idmanı, həm də "Qəbələ" klubu üçün çox uğurlu oldu. Növbəti illərdə işimizi yüksək səviyyədə qurub".
İlin ən yaxşı jurnalisti seçilən İlkin Fikrətoğlu isə deyib: "Xəbəri eşidəndə çox təəccübləndim. Fikrimcə qeyri-adi nəsə etməmişdim. Amma imkan olsa bir neçə həmkarıma səs verərdim".
Rahid Əmirquliyevin mükafatını Yunis Hüseynov alıb və bildirib: "Rahid bugünkü tədbirdə iştirak etmək istəyərdi. Amma şəxsi problem olduğu üçün olmadı, doğurdan da Rahid birincidir".
Rəsul Çunayev isə mükafatını Böyükağa Hacıyevdən alıb və deyib: "Hər kəsə təşəkküredirəm. bu il bütün Azərbaycan üçün uğurlu oldu. İnşallah gələn il bütün idmançılarımıza uğurlar arzulayıram. Qələbəmdə əməyi olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, mükafatlandırma mərasiminin baş sponsoru "Kolizey İnşaat"dir.