1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" yenə uduzdu
"Neftçi” klubu
Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Almaniyanın II Bundesliqasında mübarizə aparan və Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun sabiq köməkçisi Olaf Yansenin rəhbərlik etdiyi Drezden "Dinamo"su olub.
Matç flaqmanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Amma hesabı "ağ-qaralar" açıb. 7-ci dəqiqədə Mixael Hefele topu öz qapısına göndərib. Bundan cəmi 8 dəqiqə sonra Robert Kox bərabərlik qolunu vurub. Matçda son nöqtəni isə yenə Hefele qolub. Amma 24 yaşlı müdafiəçi bu dəfə qapıların yerini səhv salmayıb.
"Neftçi” matça bu heyətlə çıxıb: Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Bruno Bertuççi, Erik Ramos, Mirhüseyn Seyidov, Araz Abdullayev, Samir Məsimov, Flavinyo, Ernest Nfor.
Qeyd edək ki, "Neftçi" Avstriya toplanışındakı yoxlama görüşlərinin heç birindən qalib ayrıla bilməyib. Flaqman əvvəlcə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə 2:2 hesablı heç-heçəyə nail olub. Növbəti qarşılaşmada isə "ağ-qaralar" Rumıniya "Botoşani"sinə böyük hesabla uduzublar - 0:3.