1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" Petreskunun komandasına qarşı
Qış fasiləsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək "Zirə"nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qartallar" yanvarın 22-də baş tutacaq qarşılaşmada Rumıniyanın yüksək liqa təmsilçisi "Tırqu-Mureş" klubu ilə üz-üzə gələcək.
Oyun saat 15-00-da başlayacaq. "Tırqu-Mureş" hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır. Ötən mövsüm isə bu komanda çempionatın gümüş medalını qazanaraq Avropa Liqasına vəsiqə əldə edib. Avroliqanın 3-cü mərhələsində Fransanın "Sent-Etyen" klubuna məğlub olan "Tırqu-Mureş" mübarizəni dayandırıb. Komandanın baş məşqçisi Rumıniya futbolunun tanınan simalarından, yaxın keçmişin ən yaxşı müdafiəçilərindən olan Dan Petreskudur.
Qeyd edək ki, "Zirə" Antalyanın Side bölgəsində yerləşən "The Sense Deluxe" otelində məskunlaşacaq