"Həqiqətən də "İnter"dən mənimlə əlaqə saxlayıblar. Azad agent olub-olmadığımı və "bizdə oynayarsanmı?" deyə soruşublar". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev deyib.
30 yaşlı qolkiper bildirib ki, "bankirlər"lə müqavilə məsələsinə yanvarın 3-də aydınlıq gələcək: Hələ "İnter"lə müqavilə şərtləri barədə danışmamışam. İmza atmamış bu klubun oyunçusu olduğumu deyə bilmərəm. Başqa təkliflər də var. "İnter" məsələsinə isə sabah tam aydınlıq gələcək".
Təcrübəli qapıçı hazırda formasını qorumaq üçün "Olimpik Star"da məşq etdiyini də əlavə edib.
Qeyd edək ki, Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubu ilə müqaviləsini pozaraq, azad agent statusu alıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |