1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Əfran İsmayılov açıq desin ki, kim ondan pul istəyir?"
"Bakı"dan ayrılmaları gündəmdə olan Rauf Əliyev və Əfran İsmayılovun məsələsinə yaxın 2 gün ərzində aydınlıq gələcək. Bu barədə Sportnet.az-a klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, "Bakı" müqavilə şərtlərini iyulun 9-dək yerinə yetirməsə, daha dəqiqi, borcları ödəməsə, hər 2 futbolçuya azad agent statusu veriləcək. Seyidov digər futbolçulara olan borcların isə həftə ərzində ödəniləcəyini söyləyib. O, məşqlərin normal qaydada davam etdiyini də bildirib: "Hazırda məşqlər qurtarıb. Bütün məsələlərin bu həftə ərzində yoluna qoyulması nəzərdə tutulub".
Klub rəsmisi həmçinin Əfran İsmayılovun Sportnet.az-a açıqlamasında səsləndirdiyi "Transfer vərəqəsini vermək üçün "Bakı" məndən pul istəyir" fikrinə isə belə reaksiya verib: "Onun fikirlərinin mənimlə heç bir əlaqəsi yoxdur. Qoy, açıq desin ki, kim ondan pul istəyir? Mən bu məsələlərdən uzağam. Özümlə bu haqda heç bir danışığı olmayıb. Siz mənə sual verdiniz, mən də cavabında deyirəm ki, bu məsələdən xəbərim yoxdur, məlumatsızam".