1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pavol Farkaş: "Muntyanu və pula görə "Qəbələ"ni seçdim" - MÜSAHİBƏ
"Qəbələ"nin yeni transferi Pavol Farkaşın Sportnet.az-a eksklüziv müsahibəsi
- "Qəbələ"ni seçməyinizin əsas səbəbi nə idi?
- Baş məşqçi Dorinel Muntyanunu "Vasluy"da oynadığım vaxtdan tanıyıram. "Qəbələ"ni seçməyimdə onun böyük rolu oldu. Üstəlik, maliyyə şərtləri də digərlərindən üstün idi. Bütün bunları nəzərə alaraq, "Qəbələ"ni seçdim.
- Ukraynanın "Metallurq" (Zaporojye), Kiprin "Omoniya" klublarından təklif almışdım. İtaliya B Seriyasında mübarizə aparan komandalardan da təklif var idi. Lakin üstünlüyü "Qəbələ"yə verdim.
- Hər halda "Qəbələ" əyalət klubudur, əyləncə baxımından, Bakıdan xeyli fərqlidir. Azərbaycan barədə hansısa məlumatınız var idi?
- Bura futbol oynamaq üçün gəlmişəm. Yəni əyləncəni qətiyyən fikirləşmirəm. Dünən Qəbələdə olmuşam və məndə inanılmaz təəssürat yaradıb. Başlıca məqsədimiz nəticə qazanmaqdır. İstirahət üçün vaxtımız olacaq. Mən bunda heç bir problem görmürəm.
- Azərbaycan klubuna keçidinizdən sonra Slovakiya yığmasında heyətə düşməkdə çətinlik çəkməyəcəksiniz?
- Bizim yığma komandada, xüsusən, çıxış etdiyim mərkəz müdafiəçisi mövqeyində futbolçular arasında böyük rəqabət var. Milli komandaya çağırılmağım bir qədər müşkül məsələdir. Rusiya "Zenit"indən Tomaş Quboçan, İngiltərə "Liverpul"undan Martin Şkrtel kimi futbolçular həmin mövqedə oynayırlar. Söhbət "Qəbələ"yə gəlişimin məşqçiyə necə təsir bağışlayacağından gedirsə, uğurlu çıxış etsəm, millinin qapılarının üzümə açılacağına əminəm. Hazırda yığmaya yeni baş məşqçi təyin olunub. Yan Kozak bütün futbolçuları nəzarətdə saxlayacaq. Yaxşı oynasam, heç bir problem olmayacaq.
- Qəbələdə tək qalacaqsınız, yoxsa ailənizlə?
- Qəbələdə ailəmlə birgə qalacağam. Həyat yoldaşım və 2 yaşlı oğlumu da gətirəcəyəm. Kottecdə qalacağıq.
- "Qəbələ"nin "Şiroki Briyeq"lə cavab oyunundakı şanslarını necə dəyərləndirirsiniz?
- İlk oyunu izləməmişəm. Yeni komandamda ciddi dəyişiklik olub. Həm baş məşqçi, həm də futbolçular dəyişib. Cavab oyunu çətin görünə bilər. Avrokubok oyunları çətin olur. İstər "Şiroki Briyeq" olsun, istərsə də başqa bir komanda. Ancaq bu futboldur, oynamaq lazımdır.
Rövşən ƏHLİMANOĞLU