1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Səlahət Ağayev: "Xaricdən yaxşı təklif var, alınsa gedəcəm"
"Danışıqlar gedir. Fikirləşirdim ki, xaricdə oynayım, təkliflər də var. Amma elə təkliflər var ki, Azərbaycanda oynasam ondan yaxşıdır". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev deyib.
25 yaşlı qapıçı daha bir təklifin olduğunu bildirib: "Yaxşı komandalar olub. Türkiyə Super Liqasında çıxış edən komanda vardı, amma alınmadı. Bir dənə də yaxşı təklif var, onu gözləyirəm, alınsa, gedəcəm. Alınmasa da qalıb Azərbaycanda oynayacam".
S.Ağayevin sözlərinə görə, hazırda "Neftçi", "Kəpəz" və "Sumqayıt" klublarından təkliflər var. Ancaq o qərar verməyə tələsmir: "Hələlik milli komandanın məşqçisi Faiq Əzizovla hazırlaşıram. "İnter"dən ayrıldıqdan sonra mənimlə tez-tez əlaqə saxlayıb, vəziyyətimlə maraqlanırdı. Hansı formada olduğumu öyrənirdi. Sağ olsun, mənimlə çox maraqlanır".
O, "İnter"dən ayrılmasının səbəblərini də açıqlayıb: "İnter"dən yaxşı münasibətlə ayrılmışam. 2008-ci ildən o klubdayam. Klubun yaxşı vaxtlarında orada olmuşam. Pis vaxtlarında da getmədim, bir növ mənə edilən yaxşılıqları qaytardım. Hər şey yaxşı olanda getdim ki, pis olmayım. Sadəcə istədim ki, karyeramda dəyişiklik, başqa atmosfer olsun. "İnter" həmişə iddialı klub olub. Çempionluq bir az çətindir, amma inanıram ki, avrokuboklara iddialı olacaq".