Elvin Məmmədov "İnter"in Avroliqanın I təsnifat mərhələsindəki rəqibi Moldova "Tiraspol"u ilə cavab görüşündə iştirak etməyəcək. Bu barədə Sportnet.az-a 26 yaşlı yarımmüdafiəçinin özü məlumar verib.
Məmmədov zədəsinin 1 həftəyə sağalacağını bildirib. Komanda ilə məşqlərə qatılmayan futbolçu fərdi qaydada hazırlıqlarını davam etdirir. O, komandasının Moldova təmsilçisi ilə cavab oyununu tribunadan izləyəcək.
Qeyd edək ki, Elvin Məmmədov "İnter"in məşqi zamanı zədələnib.