1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Süleymanov: "Ortada belə bir fakt varsa..."
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun Sportnet.az-a müsahibəsi
- "Neftçi" toplanışı başa vurdu. Hazırlıq prosesi necə keçdi?
- Bilirsiniz ki, "Neftçi" 3 mərhələdən ibarət təlim-məşq toplanışı keçdi. Birinci Bakıda, ikinci Türkiyənin Bolu bölgəsində, üçüncü mərhələ isə Avstriyada oldu. Baş məşqçi Böyükağa Hacıyevin də bildirdiyi kimi təşkilatçılıq baxımından hər şey yüksək səviyyədə idi. Komanda üçün yüksək şərait yaradılıb. Təlim-məşq toplanışına əvəzedici heyətdən 5 futbolçu da qatılmışdı. "Neftçi" həmişə gənc futbolçulara önəm verir. Necə ki, Məqsəd İsayev, Elvin Yunuszadə, ondan öncə də Araz Abdullayev, Cavid İmamverdiyev və Emin Mehtiyev vardı. Yeri gəlmişkən gənc futbolçularımızdan biri Cavid Muxtarzadə Avroliqa oyunları üçün iştirak ərizəsində yer alıb. Bizdə gənc futbolçularla səviyyəli legionerlərin vəhdəti təşkil olunub. Komandadan gedənlər də oldu, amma cəmi bir transfer etdik. Komandadakı ab-hava göz qabağındadır. "Koper"lə oyunun hazırlıqları yüksək səviyyədə gedir. Bir məsələyə də toxunmaq istərdim. "Qarabağ" və "İnter" də avrokuboklarda çıxışını davam etdirir. Bu cür oyunlarda bütün klubların azarkeşləri birləşib komandalara dəstək olmalıdır.
- Avropa Liqasının qrup mərhələsində oynayarkən heyətdə əsasən təcrübəli futbolçulara üstünlük verilmişdi. İndi isə iştirak ərizəsində əksər futbolçular gəncdir. Bu heyətlə yenə qrup mərhələsinə düşmək mümkün olacaq?
- Mən bu fikirlə bir qədər razılaşmıram. Qrup mərhələsində oynadıqda da, bu gün də Elvin Yunuszadə, Cavid İmamverdiyev, Araz Abdullayev, Mirhüseyn Seyidov bu heyətdədir.
- Ancaq müqayisədə indi daha çox gənc futbolçu yer alıb...
- Bu baxımdan problem yoxdur. Təcrübəli futbolçularımızdan isə yalnız Karlos Kardoso və Kaue Sesilyo qrup mərhələsini görməyib.
- "Qarabağ" Çempionlar Liqasında mübarizə aparacaq. "İnter" isə Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəldi...
- Həm "Qarabağ"a, həm də "İnter"ə uğurlar arzu edirəm. Çox təəssüf ki, "Qəbələ" mərhələ keçə bilmədi. Bu da onu göstərir ki, Avropada zəif rəqib yoxdur və qrup mərhələsinə düşmək elə də asan deyil. "Koper"ə də zəif komanda demək olmaz. Məşqçilər korpusu ilə bərabər oyunlarını analiz etmişik. "Neftçi" qarşısına böyük hədəflər qoyub. Çalışacağıq ki, azarkeşləri yenə sevindirək.
- "Koper"in ilk mərhələdə "Çelik"lə keçirilən görüşün danışılmış olduğu deyilir. "Neftçi" rəhbərliyi bu məsələ ilə maraqlanıb? Yəni bu işi araşdırıb UEFA-ya şikayət etmək olar?
- Biz öz oyunumuza hazırlaşırıq. Sadəcə, "Neftçi" klubu olaraq bu cür halları mənfi qəbul edirik. Ortada belə bir fakt varsa, buna qarşı mübarizə aparmaq lazımdır. "Neftçi" öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində quran komanda deyil.
Rövşən ƏHLİMANOĞLU