
Hollandiyada təlim-məşq toplantısında olan "Qəbələ" AZ komandası ilə yoxlama matçı keçirəcək. Sportnet.az-ın Alkmar şəhərini təmsil edən klubun rəsmi saytına istinadən məlumatına görə, görüş iyulun 20-də baş tutacaq.
Epe yaşayış məntəqəsindəki "Sportpark De Wissel" təlim-məşq bazasında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. "Qəbələ"nin iyulun 27-dək davam edəcək hazırlıq prosesindəki daha 3 rəqibi hələ məlum deyil.
Qeyd edək ki, 47 illik tarixə malik AZ klubu ötən mövsüm Hollandiya çempionatını 8-ci pillədə başa vurub. Bu komanda 2 dəfə Hollandiya çempionu, 4 dəfə ölkə kubokunun sahibi və UEFA Kubokunun finalçısı olub. Hazırda "qırmızı ağlar"ın baş məşqçisi əfsanəvi futbolçu Marko van Bastendir.