Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"ın qonağı olacaq Maltanın "Valletta” klubu bu gün Bakıya gəlib. "Cırtdan ölkə" təmsilçisi"Teatro" otelində məskunlaşıb. Sportnet.az-ın əməkdaşı həmin otelə yollanaraq, komandanın baş məşqçisi Cilbert Aqiusdən eksklüziv müsahibə alıb...
- "Qarabağ”la cavab görüşü barədə nə deyə bilərsiz?
- "Qarabağ” yaxşı komandadır. İlk oyun kimi cavab oyununun da ağır keçəçəyini bilirik. Ancaq əsas odur ki, oyunda yaxşı performans göstərək. Hər şey bundan asılıdır.
- "Qarabağ” yaxşı komandadır. İlk oyun kimi cavab oyununun da ağır keçəçəyini bilirik. Ancaq əsas odur ki, oyunda yaxşı performans göstərək. Hər şey bundan asılıdır.
- Komandanızının şansını necə dəyələndirərdiniz: Sizcə, bu mərhələni adlaya biləsiz, yoxsa hər şey artıq itirilib?
- Bu, futboldur, hər şey ola bilər. Ancaq hələ şans var. Futbol möcüzələrlə doludur. Cavab oyununda nələrin olacağını bilmək olmaz.
- "Qarabağ” sizə necə təsir bağışladı?
- Çox yaxşı komandadır. İllər öncə ilə müqaisə edəndə bu komandada irəliləyiş daha çoxdur. Təmsilçiniz müasir futbol oynayır.
- Rəqibinizin baş məşqçisi də sizin kimi gənc mütəxəssisdir. Həmkarınızı necə qiymətləndirirsiz?
- Əgər onun qurduğu komanda, taktika bizi yendisə, demək, işini bilən yaxşı baş məşqçidir.
- "Qarabağ”ın heyətində bəyəndiyiniz futbolçular oldumu?
- Legionerləri çox bəyəndim. Xüsusilə Reynaldo, Cunbinyo və qapıçı İbrahim Sehiçi qeyd edərdim.
- Bakıdakı isti hava şəraiti sizə çətinlik yaratmayacaq?
- Əslində Malta ilə Azərbaycanın iqlimi arasında elə də fərq yoxdur. Demək olar ki, eynidir. Oyun da axşam saatlarda keçiriləcəyindən, bu baxımından problem olmayacaq. Ancaq meydançanın sulanması bir az çətinlik yarada bilər.
Röya KƏRİMLİ