Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçirilmiş daha 6 cavab görüşündən sonra növbəti mərhələyə yüksələn bütün komandaların adlarına aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə "Legiya" (Polşa), "Styaua" (Rumıniya), "Aktobe" (Qazaxıstan), HİK (Finlandiya), "Malmö" (İsveç) və "Maribor" (Sloveniya) rəqiblərini üstələyərək, mərhələ adlayıblar.
Daha öncə Azərbaycanın "Qarabağ", Moldovanın "Şerif", Çexiyanın "Sparta", Bolqarıstanın "Ludoqorets", İsrailin "Makkabi" (Təl-Əviv), Slovakiyanın "Slovan", Belarusun BATE, Serbiyanın "Partizan", Xorvatiyanın "Dinamo" (Zaqreb), Macarıstanın "Debretsen" və Şotlandiyanın "Seltik" klubları da bu vəzifənin öhdəsindən gəlməyi bacarıb.
Beləliklə, Çempionlar Liqasının III təsnifat mərhələsində görüşəcəklər:
Çempionlar qrupu
"Qarabağ" (Azərbaycan) - "Zalsburq" (Avstriya)
BATE (Belarus) - "Debretsen" (Macarıstan)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Olborq" (Danimarka)
"Şerif" (Moldova) - "Slovan" (Slovakiya)
"Ludoqorets" (Bolqarıstan) - "Partizan" (Serbiya)
"Seltik" (Şotlandiya) - "Legiya" (Polşa)
"Styaua" (Rumıniya) - "Aktobe" (Qazaxıstan)
APOEL (Kipr) - HİK (Finlandiya)
"Sparta" (Çexiya) - "Malmö" (İsveç)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Maribor" (Sloveniya)
Qeyri-çempionlar qrupu
"Zenit" (Rusiya) - AEL (Kipr)
"Lill" (Fransa) - "Qrasshoppers" (İsveçrə)
"Kopenhagen" (Danimarka) - "Dnepr" (Ukrayna)
"Standard" (Belçika)- "Panatinaikos" (Yunanıstan)
"Beşiktaş" (Türkiyə) - "Feyenoord" (Hollandiya)
Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlar 29-30 iyul və 5-6 avqustda baş tutacaq.