Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" son yoxlama matçını keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya Premyer Liqasının debütantı "Arsenal” olub. 
		
Tula təmsilçisi ilə qarşılaşma "ağ-yaşıllar"ın qələbəsi ilə yekunlaşıb - 2:1. Amma hesabı 32-ci dəqiqədə "Arsenal"ın hücumçusu Aleksey Bazanov açıb. Bundan cəmi 1 dəqiqə sonra Qalin İvanov hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 78-ci dəqiqədə Etame Mbilla qoyub.
		
Azərbaycan təmsilçisi meydana bu heyətlə çıxıb: Orxan Sadıqlı, Rahid Əmirquliyev, Tyeqo Xesus, Adrian Skarlatake, Vanderson Skarduelli, Elnur Abdullayev, Alfred Sanko, Rəşad Sadiqov, Deyan Blajevski, Qalin İvanov, Franko Nildo.
		
Qeyd edək ki, "Xəzər Lənkəran" Sloveniya toplanışında daha öncə Ukrayna "Karpatı"sına 2:1, Latviya "Yurmala”sına 3:1 hesabı ilə qalib gəlib, Serbiya "Rad"ı ilə "sülh" bağlayıb - 2:2.