"Mən də Böyükağa Hacıyevin yerinə olsaydım, elə deyərdim"
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Əfqan Talıbov avrokuboklarda çıxış edən klublarımızla bağlı danışıb. Talıbov Sportnet.az-a açıqlamasında əvvəlcə "İnter" və "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki cavab görüşləri barədə danışıb.
O, "İnter"in yenə də mərhələ keçə bilməməsinə toxunarkən, hər dəfə II təsnifat mərhələsində mübarizəni dayandıran "bankirlər"ə ümid bəsləmədiyini söyləyib: "Dünya çempionatından sonra insanda müəyyən fikir yaranırdı ki, avrokubok oyunları zəifdir. Ancaq ikinci tərəfdən bizim futbolumuz üçün klublarımızın ildən-ilə artırması, nailiyyət əldə etməsi vacibdir. "Qəbələ" Avropada qapının yanına qədər gəldi, amma qapını açmadı və oradan da çıxıb getdi. Sadəcə, məəttəl qalıram. Hər dəfə "İnter" gözəl oyun göstərir, sonda penaltidə uduzur. Təbii ki, "İnter"də ürəkləri istəyən kimi hazırlıq keçirlər, legionerlər oynayır. Ancaq hansısa məqamda təsadüf nəticəsində mübarizəni dayandırırlar. Yenidən əlləri, qolları yanlarına düşür və bütün fikir çempionata yönəlir. Mövsüm sonunda yenə avrokuboklara vəsiqə qazanacaqlar və həmin hal təkrarlanacaq".
"Neftçi"yə gəldikdə, Talıbov keçmiş komandasının Sloveniya "Koper"inə Bakıdakı məğlubiyyətini təsadüf sayıb: "Cavab oyunu göstərdi ki, "Neftçi" Bakıda təsadüfən məğlub olub. "Koper"in elə gücü yoxdur, təsadüfən Bakıda 2 qol vurdu. "Neftçi"ni üstələməyə nə gücü, nə taktiki gedişi, nə təcrübəsi, nə də fərqlənə bilən fərdi oyunçuları var. Siravi bir komanda olduğuna görə Sloveniyada məğlub oldu".

Təcrübəli mütəxəssis növbəti mərhələyə vəsiqə qazanan "Qarabağ" və "Neftçi"nin rəqibləri haqda da fikirlərini bildirib. O. Avstirya "Zalsburq"u ilə çətin, Gürcüstan "Çixura"sı ilə asan oyun olacağını düşünür: "Neftçi"nin əsas məsələsi "Çixura" yox, "pley-off" olacaq. "Neftçi" rəqibini bu mərhələdə üstələməlidir. Bununla da "Neftçi"nin ikinci dəfə qrupa düşmək şansı var. Ancaq qrupa düşən ili "Neftçi" daha sanballı, güclü görünürdü. O vaxt meydançada istəyini həyata keçirə bilirdi. Mən "Çixura"nın "Bursaspor"la hər iki oyununu izlədim. Onların ustalıq səviyyəsi o qədər də yüksək deyil. "Bursaspor"un çox epizodları oldu ki, təkbətək vəziyyətlərdən yararlana bilmədilər, qapıçı topu çıxartdı. "Bursaspor" rəqibini təmiz sıxmışdı, ancaq alınmadı. "Neftçi"yə Türkiyə klubu düşsəydi, şansları 50-50-yə dəyələndirmək olardı. Amma Gürcüstan klubu ilə 70-30-a "Neftçi"nin üstünlüyü var. Baş əsərimiz isə "Qarabağ"dır. Mən dünən daxili çempionatda "Zalsburq"la "Noyştadt"ın oyununu izləyirdim. Qırmızı vərəqə almalarına baxmayaraq, hesab 5:0 oldu. "Qarabağ"ın nümayəndəsi oyuna stadiondan canlı baxırdı. Bu komandada 3-5 nəfər məsələ həll etmir, hamı oynayır. "Zalsburq" elə komandadır ki, bu gün alman futboluna xas olan oyun nümayiş etdirir. Onlar sürətli, geniş, çox qollu oyun oynayır. Malta "Valletta"sı ilə oyunda "Qarabağ" yaxşı nəticə göstərdi, qapısından top buraxmadı. Bu amil də futbolda böyük rol oynayır. "Zalsburq"la ehtiyatlı olmaq lazımdır. Çünki rəqib standart vəziyyətlərdən güclü istifadə edir və əks-hücumları yaxşı alınır. Qol vurmaq bacarığı bu komandada çox yüksəkdir. "Zalsburq"un baş məşqçisi burada "Valletta" ilə oyuna baxdı və açıqlamalarından göründü ki, bəzi şeylərə hazırlaşacaqlar. Bunlara braziliyalıların fərdi ustalığı, Ansi Aqollinin hücuma qoşulmalarda etdiyi ötürmələr, uzaqdan zərbələr və standart vəziyyətlərdən Almeyda və Çumbinyo, fərdi ustalıqda Danila Dias və Reynaldonu aid etmək olar. Ona görə də "Zalsburq" Bakıda müəyyən dərəcədə ehtiyatlı oynayacaq. O fikirdə olmayacaqlar ki, Bakıda 3-4 top vurub getsinlər. "Zalsburq"u Bakıda çox ağır oyun gözləyir. "Qarabağ" onlara həddən artıq baş ağrısı verəcək. Oyunun ağır keçəcəyinə görə şansları 50-50-yə dəyərləndirərdim. Bəlkə də 60-40-a "Qarabağ"ın üstünlüyü olacaq".
Sonda isə Talıbov Böyükağa Hacıyev və Kaxaber Tsxadadzenin müvafiq olaraq, ilk və cavab oyunlarından sonra istefa verəcəkləri barədə açıqlamalarına münasibət bildirib: "Bakıda təsadüfən vurulan 2 qol "Neftçi"ni əsəbləşdirdi və yenə də istefa problemi ortaya çıxdı. Rəhbərlik müəyyən dərəcədə baş məşqçiyə ümid bəsləyir. Əsəbləşdiklərinə görə belə ifadə işlədirlər. "Neftçi" 1 həftə ərzində "Çixura" ilə oynamalıdır. "Koper"i keçmək mümkün olmasaydı, diqqət çempionata yönələcəkdi və Böyükağa Hacıyev istefa verə bilərdi. Rəhbərlik də fikirləşir ki, 1 həftə sonra oyun var. Baş məşqçini göndərsələr, necə olacaq, nə baş verəcək, bilinmir. Buna görə də bu söhbət müəyyən dərəcədə səngidi. Dedilər ki, Hacıyev qalıb işləyəcək və bu məsələyə sonra aydınlıq gələcək. Böyükağa Hacıyev deyib: "Mən tarix yazmışam və şedevr əsərim qalıb". "Neftçi" Avropa Liqasının qrupunda oynadı, ölkədə çempion oldu. Fikrimcə, şedevr əsər deyəndə Avroliqanın qrupundan çıxmağı nəzərdə tutur. Ancaq ola bilər ki, onun şedevr əsəri Azərbaycan millisində çalışmaqdır. Bundan başqa düşünürəm ki, "Koper"ə Bakıda uduzduqdan sonra Hacıyev təsadüf nəticəsində məğlub olduqları üçün əsəbi şəkildə deyib ki, gedəcəyəm. Get-gedə əsəblər tarıma çəkilir və müəyyən problemlər üzə çıxdıqca, bu, özünü birüzə verir. Mən də bu vəziyyətdə həmin açıqlamanı verərdim. Yəqin ki, Gürcüstandakı oyunda "Neftçi" daha ciddi oynayacaq. Biz belə "istefa"lara neçə ildir ki, öyrəşmişik. Baş məşqçi deyir "istefa verirəm", rəhbrəlik deyir "qal, işdə". Kaxaber Tsxadadzeyə gəldikdə isə o artıq yorulub. Həm də Gürcüstan futbolu enişə doğru gedir. Bəlkə də bu gün Gürcüstan futbolunun Tsxadadzeyə ehtiyacı var. Gedib vətənində istirahət etməlidir. Bəlkə onun bəxti ordadır, gedib hansısa Gürcüstan klubu ilə Avropa Liqasına vəsiqə qazanacaq".
Rövşən ƏHLİMANOĞLU
Rövşən ƏHLİMANOĞLU