Azərbaycanlı FİFA referisi Əliyar Ağayev qeyri-adi təyinat alıb. Sportnet.az-ın məlumatına görə, gənc baş hakim yenə Qazaxıstanda baş tutacaq avrokubok qarşılaşmasını idarə edəcək.
Bu dəfə o, Karaqanda "Şaxtyor"u ilə Xorvatitya "Hayduk"u arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə iş başında olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov laynsman, Elvin Əsgərov isə 4-cü hakim qismində yardımçı olacaqlar. Daha bir maraqlı məqam odur ki, azərbaycanlı hakimlərin işinə ermənistanlı UEFA hakim-inspektoru Karen Nalbandyan qiymət verəcək. Amma bu, heç də ədalət təmsilçilərimizin qərəzli qiymətə layiq görüləcəkləri anlamına gəlməməlidir. Çünki görüşün UEFA nümayəndəsi türkiyəli Mətin Kazancıoğlu olacaq. Görünür, UEFA bu yolla tarazlıq yaratmaq istəyib.
Qeyd edək ki, iyulun 31-də keçiriləcək "Şaxtyor" - "Hayduk" matçı Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Əliyar Ağayev daha öncə iyulun 23-də Qazaxıstanın Aktobe şəhərində eyniadlı klubla Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünü idarə edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.