Bu gün Azərbaycan Kubokunun qalibi məlum olub. Sportnet.az-ın məlumatına görə, final qarşılaşmasında ötənilki çempion və kubokun sahibi "Neftçi” ilə cari övsümün bürünc mükafatçısı "Qəbələ” üz-üzə gəliblər. Matçın əsas vaxtında komandalar hərəyə bir dəfə fərqləniblər. Görüşün taleyi isə penaltilər seriyasında həll olunub. "Qəbələ" mövsüm ərzində üzləşdiyi penaltini vura bilməmə problemini bu dəfə də yaşayıb. Hətta Marat İzmaylov kimi təcrübəli futbolçunun büdrədiyi komanda 5 penaltidən cəmi 2-sini dəqiq yerinə yetirib. Əvəzində "Neftçi" cəmi 4 penalti vurub və yalnız 1-də qeyri-dəqiq olub. 5-ci penaltiyə isə ehtiyac olmayıb.
Bu görüşün nəticəsindən asılı olmayaraq, hər iki komanda ölkəmizi Avropa Liqasında təmsil edəcək. "Qəbələ" tarixində ilk dəfə Topaz Premyer Liqasının bürünc mükafatçısı, "Neftçi" isə 4-cü pillənin sahibi kimi bu hüquqa yiyələnib. Flaqman ardıcıl 3-cü dəfə Azərbaycan Kubokunun finalında mübarizə aparırdısa, baş məşqçi Yuri Syominin komandası ilk dəfə bu həyəcanı yaşayırdı.
Hər iki klub matça itkilərlə çıxıb. Böyükağa Hacıyevin medalsız qalmış komandası cəzalı Mahir Şükürov və zədəli Araz Abdullayevin xidmətindən məhrum olub. Əks düşərgədən isə cəzalı Elnur Allahverdiyev və Ürfan Abbasov oynamayıb.
20:00. "Qəbələ” – "Neftçi” - 1:1 (Əsas və əlavə vaxt 1:1. Penalti seriyası 2:3)
Qollar: İzmaylov, 72 - Məsimov, 52
Penalti seriyası: "Qəbələ": İzmaylov, Santos, Niasse (hər üçü qaçırdılar); Assis, Hacıyev (hər ikisi fərqləndi). "Neftçi": Silva (qaçırdı); (Ramos, Flavinyo, Bertuççi - hər üçü fərqləndi).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov