"Bakı" klubu Topaz Premyer Liqasında iştirak üçün bankdan zəmanət məktubunu bu gün AFFA-ya təqdim edəcək. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, məktub günorta saatlarında federasiyaya çatdırılacaq. Lakin Seyidov zəmanət məktubunu hansı bankdan aldıqlarını açıqlamayıb: "Biz sənədi təqribən saat 15:00-da təqdim edəcəyik. Məktub isə bundan bir saat əvvəl məndə olacaq. Məhz həmin vaxt zəmanətin hansı bankdan verildiyini deyə bilərəm".
Qeyd edək ki, Premyer Liqada iştirak üçün lazım olan sənədləri vaxtında təqdim etmədiyi üçün "Bakı"nın I turda Zaqatala "Simurq"u ilə ev oyunu təxirə salınıb. Paytaxt təmsilçisinə avqustun 15-dək vaxt verilib. Əks halda, "zolaqlılar" yüksək liqadan kənarlaşdırılacaq, yerini isə I diviziondakı komandalardan biri tutacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |