
Topaz Premyer Liqasında mövsümün ilk avtoqolu qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu, II turun "Simurq" - AZAL matçına təsadüf edib.
Zaqatala şəhər stadionunda baş tutan qarşılaşmanın 15-ci dəqiqəsində AZAL-ın futbolçusu Tural Nərimanov topu öz qapısına göndərib. Məhz bu qol oyunda sonuncu olub və "Simurq" qələbəyə nail olub - 2:0.
Əhmədov AZAL-a martın 17-də baş məşqçi təyin olunub. O, "təyyarəçilər"lə 2013-2014-cü il mövsümündəki debüt oyununda "Bakı"ya 1:2 hesabı ilə uduzub. Həmin vaxt da AZAL-ın futbolçusu Joze Junior Aylton topu öz qapısına vurub.
Qeyd edək ki, Tərlan Əhmədov futbolçu qismində Azərbaycan millisində çıxış etdiyi vaxt da avtoqol müəllifi olub. O, 2004-cü il Avropa çempionatının seçmə qrup mərhələsində əvvəlcə İtaliya ilə ev, ardından Uelslə səfər görüşlərində qapıların yerini səhv salıb.