
Bakının "İnter" klubunun prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının turnir cədvəlinə "Sumqayıt"ın başçılıq etməsini gülüşlə qarşılayıb. Nikolov Sportnet.az-ın "Növbəti turda şəriksiz liderlə qarşılaşacaqsınız" sualına təbəssümünü gizlətməyib.
Bununla belə, klub prezidenti "Sumqayıt"ı liderliyə layiq sayıb: "Düzdür, ilk turda "Qarabağ"a texniki məğlubiyyətin verilməsi bu komanda üçün hədiyyə oldu. Amma "Xəzər Lənkəran" üzərində səfər qələbəsi heç də pis nəticə deyil. "İnter" üçün də "Sumqayıt"la oyunlar heç vaxt asan olmayıb".
Qeyd edək ki, "İnter" - "Sumqayıt" matçı avqustun 24-də "Şəfa" stadionuda keçiriləcək.