
"Sumqayıt" klubunun sabiq futbolçusu Adil İbrahimov Rusiyanın Ukraynadan qopardığı Sevastopolun SKÇF komandasına keçib. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi Rusiyanın II divizionunun "Cənub" zonasında çıxış edən klubla 1 illik müqavilə bağlayıb.
Onunla yanaşı, Soslan və Aslan Kalmanov da SKÇF ilə eyni müddətə anlaşıb.
Qeyd edək ki, Adil İbrahimov Dağıstan futbol məktəbinin yetirməsidir. O, 2013-cü ilin iyulunda "Sumqayıt"la 2 illik müqavilə bağlayıb. Milliyyətcə azərbaycanlı olduğu bildirilən İbrahimov bu ilin iyununda "Sumqayıt"la yollarını ayırıb. Əvvəllər müdafiəçi Rusiyanın "Ximki" və "Fakel", eləcə də Latviyanın "Skonto" klublarında çıxış edib.