Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və "Sumqayıt" klubunun üzvü Slavik Alxasovun Sportnet.az-a müsahibəsi
- İsrail və Portuqaliya ilə seçmə oyunlarda nəyə ümid edirsiniz?
- Yaxşı nəticə əldə etmək istəyirik. Daha dəqiqi, İsraildən səfər məğlubiyyətinin intiqamını almaq niyyətindəyik. Həmçinin, Portuqaliya ilə səfər matçından ən azı heç-heçə ilə ayrılmağı düşünürük. 2 oyundan 4 xal qazansaydıq, yaxşı olardı.
- Bu, baş məşqçi Berhard Lippertin qoyduğu tələbdir?
- Xeyr, biz futbolçular arasındakı hədəfdir. Portuqaliya daha güclü rəqibdir. Qismət olsa, qalib də gələcəyik.
- Portuqaliyanı səfərdə yenmək nə dərəcədə realdır?
- Niyə də olmasın? Futbolda hər şey mümkündür.
- Ötən mövsüm "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra keçmiş klubunuz "Neftçi"ni yox, "Sumqayıt"ı seçdiniz. İddialı kluba yox, autsayderə üstünlük verməyinizə səbəb nə oldu?
- Birincisi, artıq "Neftçi" ilə müqaviləm yox idi. "Xəzər Lənkəran"a keçərkən, "ağ-qaralar"la anlaşmam pozulmuşdu. Lənkəran komandasında oyunum alınmadı. Sonra da oynamaq üçün "Sumqayıt"a gəldim. "Neftçi"yə keçsəydim, oynamayacaqdım. Məhz bu səbəbdən, birinci varianta üstünlük verdim.
- Deyəsən, "Neftçi" Sizi öz heyətinə qaytarmaqda çox israrlı idi...
- Amma özüm getmək istəmədim. Bu klubla müqaviləm də yox idi.
- 2 turdan sonra "Sumqayıt" 2 qələbə ilə vahid liderdir. İlk turda "Qarabağ" üzərində texniki qələbə qazanmışdınız, ötən tur isə səfərdə keçmiş komandanız "Xəzər Lənkəran"ı yenməyi bacardınız...
- Çox çətinliklə qalib gəldik. Bizi sıxmışdılar. Amma bəxtimiz də gətirdi və 1:0 hesabı ilə qalib gəldik. Əsas məsələ 3 xalı qazanmaq idi ki, buna da nail olduq. Rəqib fiziki cəhətdən çox güclü komanda idi. Oyunları çox xoşuma gəldi. Növbəti matçlarda keçmiş komandama uğurlar arzulayıram.
- Çoxlarına "Sumqayıt"ın liderliyi qəribə gəlir. Elə növbəti turda qarşılaşacağınız "İnter"in prezidenti Georgi Nikolova da. Sizcə, liderliyiniz təsadüfidir?
- Hər şey qismətdən asılıdır. Qismətdirsə, növbəti turda "İnter"ə də qalib gələrik.
- Turnir cədvəlindəki liderlik hədəflərinizdə dəyişikliyə səbəb olmayıb?
- Biz yenə öz oyunumuzu sərgiləyəcəyik. Bu mövsüm sonuncu pillələr üçün oynamırıq. Ötən mövsümlərə nəzərən daha irəli getmək istəyirik.
Röya KƏRİMLİ
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |