"Neftçi" klubu qapıçılarla işləyən sabiq məşqçisi Neboyşa Manoyloviçi geri qaytara bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə Serbiyada "Partizan"la Avropa Liqasının ilk "pley-off" matçı öncəsi mətbuat konfransında flaqmanın baş məşqçisi Böyükağa Hacıyev açıqlama verib.
O bildirib ki, Serbiya futbolunu yaxından tanımasında uzun illər "Neftçi"də çalışmış serbiyalı mütəxəssisin rolu az olmayıb. Hacıyev Manoyloviçin komandadan öz istəyi ilə ayrıldığını vurğulayıb: "O, Azərbaycanda 7 mövsüm çalışıb və ona heç kim "get" deməyib. Amma ötən mövsüm başa çatdıqdan sonra özü evinə qayıtmaq istədi və nə qədər çalışsaq da, onun qarşısını ala bilmədik. Bu gün də razılaşarsa, onu "Neftçi"yə aparmağa hazırıq. Komandamızın əsas qapıçısı Saşa Stamenkoviç Manoyloviçin yetirməsidir".
Qeyd edək ki, "Neftçi"də klub rəsmilərindən tutmuş futbolçularınadək geri qaytarılmaları adi hala çevrilib. Bir neçə gün öncə hücumçu Nikolas Kanales Çilidən flaqmana dönüb və adı "Partizan"la bugünkü matçın sifariş ərizəsinə daxil edilib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |