1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Xəzər Lənkəran”ın səbr kasası daşdı
"Xəzər Lənkəran”da bu axşam klubdaxili iclas keçiriləcək. Sportnet.az-ın məlumatına görə, klub prezidenti Mais Mənsimovun rəhbərliyi altında Lənkəranda baş tutacaq toplantıya baş məşqçi Oğuz Çetin də çağırılıb.
Məqsəd "ağ yaşıllar”ın yay transfer dövründə xeyli oyunçu ilə güclənməsinə rəğmən mövsümə uğurusuz başlamasıdır.
Topaz Premyer Lıqasında ilk üç turdan sonra cənublular bir heç-heçə, iki məğlubiyyətlə üzləşərək qələbəyə həsrət qalıblar. Nəticələrdən əlavə, komandanın oyunu da rəhbərliyi qane etmir. Xüsusən Zaqatalada "Simurq”la görüşdə əksər futbolçuların imkanlarından aşağı səviyyədə çıxış etməsi müəmma doğurub. Rəhbərlik bunun nə ilə bağlı olduğunu üzə çıxartmaq istəyir. Amma baş məşqçi Oğuz Çetinin istefaya göndərilmə məsələsi gündəmdə deyil. Çünki türkiyəli mütəxəssisin futbolçularla münasibətlərində heç bir problem yaşamadığı bildirilir.