
"Neftçi" klubunun sabiq rəisi Güloğlan Cabbarov "facebook” səhifəsində keçmiş klubunun Avropa Liqasının pley-off mərhələsində Serbiya "Partizan”ına məğlub olmasını şərh edib Sportnet.az-ın məlumatına görə, o, uğursuzluğun günahının məşqçilər korpusunda olduğunu bildirib.
"Dünən "Neftçi"nin oyununu bütün Azərbaycan gördü. "Neftçi"nin oyunundan əsər-əlamət yox idi. Dünənki oyunu uduzmağımızın səbəbi məşqçilər korpusunun təkəbbürlüyü idi. Mən həmişə istefanın əleyhinə olmuşam. Amma, Sadıq müəllimin yerinə olsam, bu faciəli oyunun memarlarını, oyundan qabaq bu yükü boynuna götürən insanları iti qovan kimi, qovardım."