"İlk öncə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu gün oyunumuz alınmadı". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının IV turunda səfərdə "Sumqayıta" 1:0 hesabı ilə uduzan "Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
51 yaşlı mütəxəsis komandasının məğlubiyyətini belə dəyərləndirib: "Yetirmələrimə tapşırmışdım ki, küləyin istiqaməti bizim tərəfdə olanda qapıya zərbə endirsinlər. Ancaq verdiyim tapşırığı yerinə yetirmədilər. Hakimlik haqda çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, bugünkü hakimlik sadəcə faciə idi. Bizim oynadığımız vaxtlarda top ələ dəydikdə penalti verilirdi, ama indi deyəsən qaydalar dəyişib. Qarşıdan 15 günlük fasilə gəlir. Bu zaman ərzində öz üzərimizdə işləyərək növbəti turlara daha yaxşı hazırlaşmağa çalışacağıq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |