 
 Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın keçirəcəyi bütün ev oyunlarının başlama saatı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Sent Etyen" (Fransa), "Dnepr" (Ukrayna) və "İnter" (İtaliya) komandalarının hər birini saat 21:00-da qəbul edəcək.
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın keçirəcəyi bütün ev oyunlarının başlama saatı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Sent Etyen" (Fransa), "Dnepr" (Ukrayna) və "İnter" (İtaliya) komandalarının hər birini saat 21:00-da qəbul edəcək. 
Matçlar müvafiq olaraq, sentyabrın 18-də, noyabrın 6-da və dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bununla da "Qarabağ"ın bütün ev oyunlarının bir saat tez başlanacağı təsdiqlənib. 
Səfər oyunlarına gəldikdə, "İnter" və "Sent Etyen"lə qarşılaşmalar oktyabrın 2-də və noyabrın 27-də yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə saat 00:05-də) start götürəcək. "Dnepr"lə oyuna gəldikdə, Ukrayna təmsilçisinin rəqiblərini harada və nə vaxt qəbul edəcəyi hələ rəsmən açıqlanmayıb. 
_________________________________________________________________________________________________________________________________
15:34. "Qarabağ" - "Sent Etyen" matçının başlama saatı dəyişdirildi
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Fransa "Sent Etyen"i ilə keçirəcəyi ilk tur matçının başlama saatı açıqlanıb. Sportnet.az-ın "Sent Etyen"in rəsmi saytına istinadən məlumatına görə, oyunun start fiti saat 21:00-da çalınacaq.
Bu isə o deməkdir ki, Ağdam komandasının ev oyunları öncədən açıqlandığından bir saat tez başlanacaq. 
Qeyd edək ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    





















































