Təcrubəli futbol mutəxəssisi Ağasəlim Mircavadov Azərbaycan milli komandasının Rusiya yığması ilə keçirdiyi yoldaşlıq görüşü haqqında fikirlərini bölüşüb. Sportnet.az-a açıqlama verən sabiq baş məşqçi millimizin çıxışından narazı qaldığını bildirib.
Onun sozlərinə görə, komandamız Rusiya ilə oyunda çox zəif təsir bağışlayıb: "Başa düşürəm ki, Rusiya güclü rəqibdir. Ancaq komandanın meydanda bu cür oyun göstərməsi məni çox narahat etdi. Qarşıda bizi Avro-2016-nın seçmə qrup mərhələsi gözləyir. Seçmə mərhələdən əvvəl belə oyun sərgiləmək çox xoşagəlməz haldır".
Mircavadov millidə islahatlara ehtiyac olduğunu vurğulayıb: "Heyətdə dəyişikliklər olmalıdır, komanda daxildən dəyişilməlidir".
Mircavadov millidə islahatlara ehtiyac olduğunu vurğulayıb: "Heyətdə dəyişikliklər olmalıdır, komanda daxildən dəyişilməlidir".
67 yaşlı mütəxəsəssis sentyabrın 9-da Bakıda Bolqarıstanla baş tutacaq görüş haqda da fikirlərini ifadə edib: "Rəqib barədə son 2 ildə demək olar ki, məlumat əldə etməmişəm. Hazırda onu deyə bilərəm ki, Bolqarıstan futbol ölkəsidir. Bu komanda dünya çempionatında çıxış edib, bu, danılmaz faktdır. Hətta ABŞ-da keçirilmiş DÇ-1994-də bolqarlar əla oyun nümayiş etdirmişdilər. Bu səbəbdən, Bolqarıstanın şansları çoxdur".
Mircavadovun fikrincə, UEFA prezidenti Mişel Platininin Avro-2016-nın 24 komanda formatında keçirilməsinə dair qərarı millimiz üçün də böyük şansdır: "Oyun gərgin keçə bilər. Millimizin çıxışından çox şey asılı olacaq. Komandamız tam oyuna köklənməklə istədiyi nəticəni əldə edə bilər".

Həmsöhbətimiz "Sizcə, Berti Foqts millidə qalmalıdırmı?" sualını da cavablandırıb. Lakin o, konkret mövqe ortaya qoymaqdan çəkinib: "Bu haqda mənim fikir bildirməyim düzgün olmaz. Bu, AFFA ilə baş məşqçi arasında olan bir məsələdir. Nəzərə almaq lazımdır ki, hər bir komandada baş məşqçi amili ilə yanaşı, futbolçuların göstərdiyi oyundan da çox şey asılıdır".
Cəfər BƏY
Cəfər BƏY