Rusiya milli komandasının futbolçusu Vasili Berezutski Lixtenşteyn yığması ilə sentyabrın 8-də keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışıb. Təcrübəli müdafiəçi yerli mətbuata açıqlamasında "cırtdan ölkə" təmsilçisini millimizlə müqayisə edib.
O bildirib ki, Azərbaycan və Lixtenşteyn yığmaları elə eyni səviyyədədirlər: "Düşünürəm ki, Lixtenşteyn bu yaxında yoldaşlıq görüşü oynadığımız Azərbaycan milli komandası səviyyəsindədir. Hərçənd, meydanda fərqli oynayırlar. Biz bu oyuna da ciddi yanaşmalıyıq. İndi 10 il əvvəlki dövr deyil ki, 100 faiz qalib gələcəyinə əmin olasan. Artıq hamı bərabərləşib və bizə çətin olacaq”.
Qeyd edək ki, sentyabrın 3-də ”Ximki Arena"da baş tutmuş yoldaşlıq görüşündə Rusiya yığması millimizi 4:0 hesablı ilə məğlub edib.