Fransanın "Lans" klubu ətrafında yaranan müəmmalı durumla bağlı eyniadlı şəhərin sabiq meri Quy Delkur açıqlama verib. Sportnet.az-ın məlumatına görə, Delkur klubun azərbaycanlı iş adamı Hafiz Məmmədova satılmasından narazılığını bildirib.
O deyib: "Mən klubun sabiq direktoru Luk Dayana xəbərdarlıq etmişdim ki, ciddi səhmdarlar tapsın. Amma onun klubun hazırkı prezidenti Jerve Martellə müqaviləsi var idi. Məmmədovla danışıqlar Kanndakı kazinoda təşkil olunan gecədə son anda aparıldı. Bu isə qeyri-ciddi bir şeydir. Məmmədov "Lans"ı izləməyə gəldikdə isə Luvrda muzey açdı. Sanki dövlət başçısı idi. Onun pullarının rənginə göz yumuldu".
Qeyd edək ki, "Lans" klubuna 4 milyon avro borcu səbəbindən transfer qadağası qoyulub.