O deyib: "Baş məşqçi Berti Foqts mentaliteti dəyişdi, hazırda komandada sərt oyun intizamı hökm sürür. Xüsusən, müdafiədə. Hərçənd, özü dünya çempionu olub. Hücum xətti Azərbaycan millisinin zəif bəndidir. Xüsusi fərqləndiriləsi oyunçulara qalsa, mən 3-ünü deyərdim: Taran tipli mərkəz hücumçusu Rauf Əliyev, son zamanlar elə də yüksək formada olmayan qapıçı Kamran Ağayev, həm müdafiə, həm də yarımmüdafiədə oynaya bilən Ruslan Abışov. Amma Lyuboslav Penevin komandası daha böyük bacarıq və təcrübəyə malikdir. Azərbaycan yığmasının qalib gəlməsi çətin məsələdir, amma özlərini motivasiya edə bilsələr, bunu bacaracaqlar".
Nikolov millimizdə mükafatlandırma məsələsindən də danışıb: "Siz uduza bilərsiniz, amma yaxşı oynasanız, mükafatlandırılarsınız. Azərbaycan yığması bir neçə il öncə uduzsa da, hər bir futbolçuya 5000 avro mükafat verildi. İndi isə nə qədər mükafatın ayrılmasından xəbərsizəm. Amma Bolqarıstan yığmasına qalib gəlsələr, heç olmasa, hərəyə 10000 avro mükafatlandırılacaqlar".
"İnter"in prezidenti hesab edir ki, azərbaycanlı azarkeşlər bolqarıstanlılardan fanatik deyillər: "Habelə, böyük çatışmazlıq mövcuddur: Oyun getmirsə və nəticə pisdirsə, 60-cı dəqiqədən sonra tribunalar boşalır. Rəqib bizə 2 qol vursa, fanatik tərəfdarların problemi bu müddətdə həll olunacaq. Amma onları təxribata çəkməyin. Xüsusən, bolqarıstanlı fanatlardan xahişim odur ki, Azərbaycan himnini fitə basmasınlar. Azərbaycanda insanlar çox qürurludurlar və belə hərəkətləri çox pis qəbul edirlər. Əks halda, xeyirxah və qonaqpərvər insanların cavabı yaxşı olmayacaq".
Nikolov Azərbaycan üçün Bolqarıstanın yeni rəqib olduğunu, bu səbəbdən, komandamızda gərginliyin hökm sürdüyünü də vurğulayıb. Amma onun fikrincə, bu dəhşətli hal deyil: "Azərbaycan bizim üçün orta səviyyədə ciddi rəqibdir. Biz bundan yararlanmalıyıq".
Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq.