"Qəbələ" klubundan ayrılan Elnur Allahverdiyevin Sportnet.az-a müsahibəsi...
- Öncə milli komandamızın sabah Bolqarıstan yığması ilə keçirəcəyi oyun haqda fikirlərinizi bilmək istərdik...
- Millimizdən yalnız qələbə gözləyirəm. Komandamıza çox inanıram. Çox həyəcanlıyam. Sanki özüm də sabah meydana çıxacağam.
- Adınız milliyə çağırılan futbolçular siyahısında ehtiyyat oyunçu qismində yer almışdı. Amma baş məşqçi Berti Foqts sol cinah müdafiəçisi mövqeyinə Sizi yox, Tərlan Quliyevi dəvət etdi. Bunu necə qarşıladınız?
- Mən çoxdandır "Qəbələ"də oynamırdım, Tərlan Quliyev isə "Qarabağ”ın heyətində meydana çıxıb. Millidə öz klubunda oynayan fubolçular forma geyməlidir. İstəməzdim ki, oyun praktikasız milliyə çağırılım və "Klublarında ehtiyatda oturanları yığmaya dəvət edirlər" söhbəti mənim başımda çatlasın.
- Millinin Özbəkistanla oyunundan sonra yerli və gəlmə futbolçular arasında münaqişənin baş verdiyi bildirilir. Həmin oyunda siz də iştirak edirdiniz. Belə bir hal baş verdi?
- Şəxsən mən soyunub-geyinmə otağında belə bir halın şahidi olmamışam. Əgər nəsə də baş veribsə, bu, həmin futbolçuların arasında olan hadisədir və mənim xəbərim yoxdur. Bəlkə də gəlmələrdən kimsə narazılıq edib. Kim edibsə, özü bilər.
- "Qəbələ"də baş məşqçi Dorinel Muntyanu Sizə əsas heyətdə yer vermirdi. Məgər məşq imkanı da yaradılmırdı ki, xeyli kökəlmisiniz?
- Doğrudan da çəkim xeyli artıb. Məşq edirdim, amma nə deyim? İnsan əsəbiləşəndə çox yeyir, yəqin ki, kökəlməyim ondandır (gülür).
- "Neftçi"yə keçəcəyiniz barədə xəbərlər doğrudurmu?
- Hələlik bu barədə bir söz deyə bilmərəm. Bir-iki variantım var. Tezliklə məsələ həll olunmalıdır. Ondan sonra açıqlama verə bilərəm.
Vasif MƏMMƏDOV