
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, 8-ci qrupda mübarizə aparan Azərbaycan millisi cari tsikldə sonuncu oyununu Portuqaliya yığmasına qarşı keçirəcək və görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
21:00. PORTUQALİYA – AZƏRBAYCAN - 3:1
Qol: Rafa Silva, 13. Edqar İe, 82. Rikardo Esqario, 90+1 - penalti ilə - Abdulla Abatsiyev, 55
Qırmızı vərəqələr: Taşkın İlter, 85. Şəhriyar Əliyev, 90 (hər ikisi Azərbaycan)
Baş hakim: Kleyton Pisani
Hakim-köməkçiləri: Mitçel Scerri, Lyuk Portelli
Dördüncü hakim: Adrian Azzopardi (Hakimlər briqadası Maltadandır)
UEFA nümayəndəsi: Luka Jorji (İsveçrə)
Hakim-inspektor: Drajenko Kovaçiç (Xorvatiya)
Qeyd edək ki, görüş Portuqaliyanın Riu-Mayor şəhərindəki "Municipal” stadionunda baş tutacaq.