Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniya "Karlsrue"sindəki həmklubu, Bolqarıstan yığmasının hücumçusu İliyan Mitsanskiyə casusluq etməsi xəbərinə AFFA-dan reaksiya gəlib. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında Nazarovun yığmamızla bağlı məlumatları onun rəqibinə ötürməsinə inanmadığını bildirib.
Bununla yanaşı, Nərimanoğlu hər hansı futbolçunun şərəfini qoruduğu ölkənin yığması barədə qarşı tərəfi bilgiləndirməsini düzgün addım saymayıb: "Bu, qəbulolunmazdır. Futbolçunun yığmada oynamağa yazılı razılığı varsa, çıxışı müqabilində mükafatlandırılırsa, uğurları üçün çalışdığı komanda barədə heç kimə məlumat verməməlidir. Təbii ki, bu, yaxşı hal deyil, qeyri-etik hərəkətdir. Amma mən Nazarovun belə hərəkətə yol verməsinə inanmıram".
AFFA rəsmisi Mitsanskinin açıqlamaları ilə bağlı futbolçunun özü ilə söhbətin aparılmasına ehtiyac olmadığını da əlavə edib. Onun fikrincə, bu, Bolqarıstanla oyun ərəfəsində qəsdən verilmiş açıqlama da ola bilər.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |