 Azərbaycan və Bolqarıstan milli komandaları arasında AVRO-2016-nın seçmə qrup matçının keçirildiyi "Bakcell Arena" qarşısında "qara bazar" yaranıb. Sportnet.az-ın əməkdaşı arena önündə biletlərin dəyərindən artıq qiymətə satıldığının şahidi olub.

Özünü müştəri kimi qələmə verən əməkdaşımıza 2 manata olan ən ucuz biletin 3 manata, hətta 4 manata satıldığı bildirilib. 
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq. 