
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.
Qadın güləşçilərin yarışında çempionatın bürünc medalını qazanan təmsilçimiz Mariya Stadnik yarış haqqında təəssüratlarını bölüşüb.
"Yarımfinala qədər uğurla irəlilədim. Bir neçə qələbə qazandım. Yarımfinal görüşündə bir az yorğunluq, bir az arxayınlıq vardı". Sportnet.az-ın məlumatına görə, bunu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 48 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın qadın güləşçisi Mariya Stadnik deyib.
Stadnik yarımfinalda uduzduğu polşalı İvonna Matkovskanı özünə rəqib saymadığını bildirib: "Bu yaxınlarda turnirdə qarşılaşmışdıq, ona tam üstünlüklə qalib gəlmişdim. Fikir vermişəm ki, ildə bir dəfə uduzuram. Çalışacam ki, bundan sonra arxayınlaşmayım".