UEFA Azərbaycan xəritəsindəki ərazi bütövlüyümüzə müdaxilə ilə bağlı yanlışlığı aradan qaldırıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AFFA-nın etdiyi müraciətə baxılaraq, müsbət cavab verilib.
Qitə futbol qurumundan bildirilib ki, rəsmi saytda Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritədəki yanlışlıq tezliklə aradan qaldırılacaq.
Xəbəri Sportnet.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da təsdiqləyib. O bildirib ki, AFFA-nın etiraz məktubuna baxılıb və yanlışlığın ən qısa vaxt ərzində aradan qaldırılacağına söz verilib.
Qeyd edək ki, 4 il öncə UEFA-nın rəsmi saytında Naxçıvan Türkiyə ərazisi kimi göstərilmiş, AFFA-nın etirazından sonra yanlışlıq aradan qaldırılmışdı.